İDMAN ÖZ XƏBƏR

Dünya çempionu 46 yasinda peşəkar boksa qayıdır – WBC çempionu ilə döyüşəcək

Menni Pakyao peşəkar boksa qayıdır – WBC çempionu ilə döyüşəcək

Səkkiz çəki dərəcəsində dünya çempionu olmuş əfsanəvi filippinli boksçu Menni Pakyao peşəkar karyerasını bərpa edir.

32gun.az bildirir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleyman məlumat verib.

Onun sözlərinə görə, Pakyao iyul ayında ABŞ-dan olan yarımorta çəki dərəcəsi üzrə WBC çempionu Mario Barriosla döyüşəcək. “Barrios iyulda Mənni Pakyao ilə rinqə çıxmağa hazırlaşır. Bu, möhtəşəm döyüş olacaq! Hazırda Qvineyada son hazırlıqlar gedir”, – deyə Suleyman Boxing King Media YouTube kanalına açıqlamasında bildirib.

Suleyman, həmçinin, Pakyaonun qayıtmaq qərarının səbəbini də açıqlayıb: “O, WBC çempionu kimi karyerasını başa vurmaq istəyir və buna görə titul uğrunda döyüşəcək”.

Xatırladaq ki, Mənni Pakyao 2021-ci ildə boksu tərk etmişdi. Onun hesabında 62 qələbə (39-u nokautla), 8 məğlubiyyət və 2 heç-heçə var. O, səkkiz fərqli çəki dərəcəsində dünya çempionu olmuş yeganə boksçudur.

Pakyao son döyüşünü 2021-ci ildə kubalı Yordenis Uqasa qarşı keçirmiş və hakimlərin yekdil qərarı ilə məğlub olmuşdu.

Ayxan 

Oxşar Xəbərlər