Amerikalı astronomlar Con Hopkins Universiteti və digər elmi mərkəzlərdən olan alimlər, HD 181327 ulduzunun ətrafında yerləşən toz halqasındakı kristal su buzunun mövcudluğunu ilk dəfə təsdiqləyiblər.
32gun.az xəbər verir ki, bu kəşf Ceyms Vebb kosmik teleskopunun köməyilə edilib və araşdırma Nature elmi jurnalında dərc edilib.
Tədqiqatçılar buzun sistemdə qeyri-bərabər paylandığını kəşf ediblər: buzun konsentrasiyası halqanın xarici hissələrində 20%-ə qədər yüksəlir, burada temperatur daha aşağıdır, və ulduza daha yaxın sahələrdə demək olar ki, itir.
"Biz yalnız su buzunu deyil, Saturnun halqalarında və Kuyper kəmərində tapılanlara bənzər kristal formasını tapdıq", - deyə işin baş müəllifi Çen Se izah edib.
Gənc HD 181327 ulduzunun (yaşı 23 milyon il) ətrafında mütəmadi olaraq buzlu cisimlərin toqquşduğu aktiv bir qalıq halqası yerləşir. Bu proseslər "çirkli qar"ın mikroskopik hissəciklərini sərbəst buraxır və məhz bu hissəciklər Vebb teleskopu tərəfindən qeydə alınıb.
İşin həmmüəllifi Kristin Çen bildirib ki, alimlər belə məlumatları 25 ildir gözləyirdilər. Kəşf suyun planetlərin formalaşmasında əsas rol oynadığını təsdiqləyir - o, qaz nəhənglərinin yaranmasına təsir göstərir və kometlər və asteroidlər vasitəsilə daşlı planetlərə gətirilə bilər.
HD 181327 sistemasında buzun aşkar edilməsi, erkən Günəş Sistemi dövründə baş vermiş prosesləri öyrənmək üçün yeni imkanlar açır. Astronomlar, planetlərin və həyatın yaranma mexanizmlərini daha yaxşı başa düşmək məqsədilə digər ulduz sistemlərində su buzunu tapmağa davam etməyi planlaşdırırlar.
Nilay