İDMAN ÖZ XƏBƏR

Klubun təyyarəsi  fırtınaya görə enə bilmədi

Qroznının "Axmat" klubunun təyyarəsi pis hava şəraiti səbəbindən Sankt-Peterburqa enə bilməyib və Moskvanın Vnukovo hava limanına yönləndirilib.

32gun.az bildirir ki, bu barədə klubun mətbuat xidməti "Çempionat" nəşrinə açıqlama verib.

"Peterburqda fırtına və əlverişsiz hava şəraitinə görə Vnukovoda eniş etdik, yanacaq doldurduq. İndi komanda Peterburqa uçur", – deyə klubdan bildirilib.

Mayın 24-də "Qazprom Arena" stadionunda "Zenit" və "Axmat" komandaları qarşılaşacaq. Bu oyun çempionluq taleyini həll edə bilər. Paralel olaraq "Krasnodar" doğma meydanda Moskva "Dinamo"su ilə üz-üzə gələcək. Premyer Liqanın 30-cu turunun bütün matçları Moskva vaxtı ilə saat 16:30-da başlayacaq.

Hazırda turnir cədvəlində son tur öncəsi "Krasnodar"ın 64, "Zenit"in isə 63 xalı var. "Axmat" isə mövsümün sonunda pley-off matçlarına çıxacaq – komanda 29 turdan sonra 25 xal toplayıb və Birinci Liqanın 3-cü və ya 4-cü pilləsində qərarlaşan komanda ilə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq.

Ayxan 

Oxşar Xəbərlər