Rusiyalı tennisçi Lüdmila Samsonova Fransanın Strasburq şəhərində keçirilən WTA turnirində finala yüksəlib. O, yarımfinalda amerikalı Deniell Kollinzə qalib gəlib.
32gun.az bildirir ki, Matç 1 saat 27 dəqiqə davam edib və Samsonovanın qələbəsi ilə 6:4, 6:2 hesabı ilə başa çatıb. Tennisçinin aktivində 4 eys, 1 ikiqat səhv və 6 breyk imkanından 4-ü reallaşdırılıb. Kollinz 3 eys vurub, 3 ikiqat səhvə yol verib və 7 breyk imkanından 2-ni dəyərləndirib.
Finalda Samsonova Qazaxıstanı təmsil edən Yelena Rıbakina ilə qarşılaşacaq. Rıbakina digər yarımfinalda braziliyalı Beatris Haddad Mayanı üç setdə məğlub edib.
Xatırladaq ki, 2022-ci ilin fevralında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək rusiyalı və belarusiyalı idmançıların yarışlara buraxılmamasını tövsiyə etmişdi. 2023-cü ilin sonlarında isə BOK bu idmançıların 2024 Yay Olimpiya Oyunlarına neytral statusda qatılmasına icazə verdi.
Beynəlxalq Tennis Federasiyası (ITF) 2022-ci ildə Rusiya və Belarus Tennis Federasiyalarının üzvlüyünü dayandırıb. Bu ölkələrin tennisçiləri WTA və ATP turnirlərində yalnız neytral statusda çıxış edə bilirlər, lakin onlar Billi Cin Kinq Kuboku və Devis Kubokunda iştirakdan kənarlaşdırılıblar.
Ayxan