Braziliyalı futbolçu Ronaldo İspaniyanın "Real Valyadolid" klubunu satıb.
32gun.az bildirir ki, bu barədə komandanın saytında məlumat verilib.
Ronaldonun nəzarət paketini Şimali Amerikadan olan investisiya şirkətinə verdiyi dəqiqləşdirilir. Qiymətli kağızların dəyəri 50 milyon avrodur.
Jurnalistlərin fikrincə, Ronaldo azarkeşlərin tənqidinə görə klubu satıb.
Real Valyadolid Kastiliya və Leon muxtar icmasının ən vacib klubudur. Ronaldo komandanı 2018-ci ildə alıb. 2024/2025 mövsümü Valyadolid üçün çox uğursuz alınıb. Klub Premyer Liqa cədvəlinin sonuncu pilləsində qərarlaşıb ki, bu da yüksək diviziondan düşmək deməkdir.