Astronomlar Yer üzündə yerləşən teleskoplardan istifadə edərək ilk dəfə olaraq 13 milyard ildən çox əvvəlki dövrə — Kosmik Zərya adlanan mərhələyə nəzər salmağa müvəffəq olublar.
32gun.az bildirir ki, tədqiqatın nəticələri The Astrophysical Journalda dərc olunub.
Tədqiqat Çilinin And dağlarında yerləşən yüksək dəqiqlikli CLASS teleskopları vasitəsilə aparılıb. Alimlər ilk ulduzların Böyük Partlayışdan sonra qalan rəsadi (relikt) mikrodalğa şüalanmasına necə təsir etdiyini ölçüblər.
Layihənin rəhbəri, Con Hopkins Universitetindən Tobias Məridj bildirib ki, əvvəllər bu cür zəif siqnalları Yer üzündən müşahidə etmək mümkün sayılmırdı. Lakin tədqiqatçılar atmosfer maneələrini və digər texniki çətinlikləri dəf edərək bu uğura nail olublar.
CLASS teleskopları xüsusi olaraq ilk ulduzların relikt şüalanmada buraxdığı “izləri” aşkar etmək üçün hazırlanıb. İndiyədək bu cür məlumatlar yalnız kosmik peyklər – NASA-nın WMAP və ESA-nın Planck missiyaları ilə əldə olunurdu. Yeni müşahidələr peyk məlumatları ilə müqayisə olunaraq ümumi siqnal ayrılıb.
Bu kəşf erkən kainatın strukturlarının necə formalaşdığını anlamağa və qaranlıq maddə ilə neytrinolar kimi müşahidəsi çətin olan hissəciklərin öyrənilməsinə töhfə verəcək.
Nilay