İDMAN

Anar Ələkbərov FIA Senatına üzv seçildi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyası (FIA) Senatının üzvü seçilib.

"32gun.az" xəbər verir ki, senat FIA-nın idarəedici orqanıdır. Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətində fəaliyyət göstərir.

Oxşar Xəbərlər