DİGƏR ÖZ XƏBƏR

Qarpızı həddən artıq yesəniz görün hansı təhlükələrə səbəb olar

Həddindən artıq qarpız yemək miqren və allergiyaya səbəb ola bilər – Britaniyalı mütəxəssislərdən xəbərdarlıq

Böyük Britaniyanın məşhur Klivlend Klinikasının mütəxəssisləri qarpızın həddindən artıq istifadəsinin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

32gun.az xəbər verir ki, onların bu barədə fikirlərini La Razon nəşri yayıb.

Həkimlərin sözlərinə görə, qarpızın tərkibində çətin həzm olunan karbohidratlar mövcuddur ki, bu da bəzi insanlarda həzm pozğunluqlarına səbəb ola bilər. Həmçinin qeyd olunur ki, qarpız miqrenə meyilli şəxslərdə baş ağrılarını tətikləyə bilər.

Əvvəlki araşdırmalar göstərib ki, qarpız yedikdən sonra, istər miqreni olan, istərsə də olmayan şəxslərin qan serumunda nitritlərin səviyyəsi yüksəlir. Bu maddələr orqanizmdə hüceyrə proseslərinə təsir edir və ürək, bağırsaq sağlamlığının qorunmasında rol oynayır. Lakin alimlər hesab edir ki, bu maddələrin artıqlığı miqren tutmalarına səbəb ola bilər.

Digər potensial təhlükə isə allergik reaksiyalarla bağlıdır. Nadir hallarda rast gəlinməsinə baxmayaraq, bəzi şəxslərdə ciddi allergiyalar yarana bilər.

Həkimlər həmçinin vurğulayırlar ki, qarpız təbii şəkərlə zəngindir, buna görə də diabet xəstələri onu ehtiyatla qəbul etməlidirlər.

Qarpızın həddindən artıq istifadəsi elektrolit balansının pozulmasına da gətirib çıxara bilər. Bu balans orqanizmdə mineralların düzgün nisbətini təmin edərək, bir çox həyati proseslərin normal işləməsi üçün vacibdir.

Nilay 

Oxşar Xəbərlər