DİGƏR ÖZ XƏBƏR

Psixi pozğunluqlar demans riskini artırır

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, insanda nə qədər çox psixi pozuntu olarsa, demensiya riski bir o qədər yüksəlir.

32gun.az xəbər verir ki, tədqiqatın nəticələri BMJ Mental Health jurnalında dərc olunub.

Məlumata görə, bir psixi diaqnoz demensiyaya tutulma ehtimalını 2 dəfə artırır. İki diaqnoz olduqda risk 4 dəfə, dörd və daha çox pozuntu zamanı isə 11 dəfə çoxalır.

Araşdırmaya Parisdəki psixiatrik klinikanın 45 yaşdan yuxarı təxminən 3,700 xəstəsi cəlb olunub. Ən çox rast gəlinən hallara depressiya, narahatlıq pozuntuları, psixoz, asılılıqlar və bipolyar pozuntu daxildir. Məsələn, narahatlıq və affektiv pozuntuların birlikdə müşahidə olunduğu pasiyentlərdə demensiya riski 90%-ə qədər artıb.

Müəlliflər bildirirlər ki, söhbət səbəb-nəticə əlaqəsindən yox, assosiasiyadan gedir. Bununla belə, məlumatlar psixi pozuntuların kombinasiyasını demensiya riskinin erkən xəbərdarlıq siqnalı kimi qiymətləndirməyə imkan verir. Alimlərin fikrincə, gələcəkdə biomarker analizləri və PET müayinələri kimi müasir diaqnostika üsulları xəstəliyi daha tez aşkar etməyə və xəstələrə daha effektiv yardım göstərməyə imkan verəcək.
Nilay 

Oxşar Xəbərlər