DÜNYA ÖZ XƏBƏR

Qadını boynundan tornovida ilə yaraladı / Bu ölkədə

Kaluqada qadına ağır xəsarət yetirən şəxs məhkəmə qarşısına çıxarılacaq

Kaluqa şəhərində qadına ağır bədən xəsarəti yetirməkdə ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

İstintaqın versiyasına görə, cari ilin iyul ayında Glagoleva küçəsindəki mənzildə həmin şəxs tanış qadınına boyun nahiyəsinə tornavida ilə zərbə endirib. Hadisənin səbəbi açıqlanmayıb. Zərərçəkmişin sağlamlığına yetirilən xəsarət ağır hesab edilib.

Şəxsə Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “z” bəndi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) ittiham irəli sürülüb. Maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İttiham aktı təsdiqlənərək iş məhkəməyə göndərilib.

Bundan əvvəl həmin şəxs Sankt-Peterburqda avtobus dayanacağında tanımadığı adamla spirtli içki qəbul etdikdən sonra onu da tornavida ilə boyun nahiyəsinə vurmuş, daha sonra isə bıçaq çıxararaq öldürməklə hədələyib.

Nilay 

Oxşar Xəbərlər