ÖZ XƏBƏR

Həsənov qardaşlarının məşhur BOKT-nın vergi borcu artdı / FOTOFAKT

“BANK OLMAYAN KREDİT TƏŞKİLATI ‘İNTERNATIONAL’” Açıq Səhmdar Cəmiyyətinin böyük miqdarda vergi borcu artıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, hazırki borc məbləği 516.064,49 AZN təşkil edir.

Sözügedən BOKT-un ünvanı AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk küçəsi, ev 12A-dır. 

Bildirək ki, BOKT “İnternational”ın İdarə Heyətinə Həsənov Nicat Vaqif oğlu sədrlik edir. 

Mediada gedən məlumatlara görə, BOKT "İnternational"-ın səhmdarlarından biri də Nicat Həsənovun qardaşı Rifat Həsənovdur. 

Xatırladaq ki, sözügedən BOKT-un vergi borcu aprel ayında 477703.07 AZN təşkil edirdi.

Ayxan 

Oxşar Xəbərlər