DÜNYA ÖZ XƏBƏR

ABŞ-da Federal Ehtiyat Sistemi faiz dərəcəsini 4–4,25%-ə endirdi

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) ilk dəfə 2024-cü ilin dekabrından sonra əsas faiz dərəcəsini 4–4,25% səviyyəsinə endirib.

32gun.az xəbər verir ki, bu barədə məlumat FES-in rəsmi saytında yayımlanıb.

FES-in Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) federal fondlar üzrə faiz dərəcəsini 0,25% azaldaraq 4–4,25% diapazonuna gətirməyi qərara alıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyun ayının sonunda FES rəhbərliyini əsas faiz dərəcəsini endirməyə çağırmışdı. Tramp bildirib ki, əgər onun administrasiyasından biri sistemdə olsaydı, faiz dərəcəsini “çox asanlıqla” endirə bilərdi.

Ayaz 

Oxşar Xəbərlər