Krasnodar şəhərində yeniyetmə həmyaşıdı tərəfindən döyülüb.
32gun.az xəbər verir ki, hadisə barədə Kub Mash məlumat yayıb.
Məlumata görə, 14 yaşlı Roma adlı 9-cu sinif şagirdi sinif yoldaşı ilə mübahisə edib. Onun anasının sözlərinə görə, münaqişəyə səbəb oğlunun təsadüfən dediyi bir ifadə olub. Bu sözlərdən inciyən şagird dərsdən sonra tanışı ilə birlikdə Romaya hücum edib.
Onlar məktəbdən çıxandan sonra onu kənar bir yerə apararaq döyüblər. Hadisəni digər yeniyetmələr də izləyib, lakin heç kim kömək etməyib. Zərərçəkən huşunu itirərək qan içində boğulmağa başlayıb.
Nəticədə məktəbli ağır xəsarətlərlə — qabırğa və burun sınığı, beyin silkələnməsi və ağciyər zədəsi ilə uşaq xəstəxanasına yerləşdirilib.
Zərərçəkənin anası artıq polisə müraciət edib. Lakin hüquq-mühafizə orqanları hücum edən şəxsi tapmağın çətin olacağını bildirib.
Ayaz