DÜNYA ÖZ XƏBƏR

Fransa Fələstin dövlətini rəsmən tanıyıb

Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanıdıqlarını bəyan edib.

32gun.az xarici KİV-ə istinadən xəbər  verir ki, BMT tribunasından səsləndirib.

“Bu gün mən Fransa adından Fələstin dövlətini tanıdığımı elan edirəm”, — deyə Makron Nyu-Yorkda, BMT-nin qərargahında keçirilən Fələstin məsələsinə həsr olunmuş konfransda bildirib.

Dövlət başçısı həmçinin Fransa tərəfinin Qəzza sektorunda vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq missiyada iştirak etməyə hazır olduğunu vurğulayıb.

Bununla yanaşı, Politico qəzeti yazıb ki, İsrail hakimiyyəti Fransanın bu addımına sərt cavab hazırlayır. Məlumata görə, rəsmi Təl-Əviv İordan çayının Qərb sahilinin ilhaqını sürətləndirə, həmçinin Fransanın Qüdsdəki səfirliyini bağlaya bilər. Bundan başqa, İsrail Fransaya məxsus obyekt və ərazilərlə, o cümlədən Əleona Ziyarətgahı ilə bağlı tədbirlər planlaşdırır.

Xatırladaq ki, 21 sentyabrda Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya da Fələstin dövlətini rəsmi olaraq tanıyıblar.

Ayaz 

Oxşar Xəbərlər