DÜNYA ÖZ XƏBƏR

"Nvidia" "ChatGPT" tərtibatçısına 100 milyard dollara qədər sərmayə qoyacaq

Qrafik prosessor istehsalçısı Nvidia, OpenAI ilə tərəfdaşlıq çərçivəsində şirkətə 100 milyard dollara qədər investisiya qoymağı planlaşdırır.

32gun.az xəbər verir ki, bu barədə ABŞ təşkilatının saytında məlumat verilib.

OpenAI-nin açıqlamasına görə, şirkətlər strateji tərəfdaşlıq haqqında niyyət protokolu imzalayıblar. Razılaşmaya əsasən, Nvidia OpenAI üçün yeni nəsil süni intellekt infrastruktur sistemlərini quracaq. Bu sistemlərin ümumi gücü ən azı 10 giqavat olacaq və süni intellekt modellərinin hazırlanması və işə salınmasına şərait yaradacaq.

Məlumatda qeyd olunur:

“Məlumat mərkəzləri və enerji imkanları da daxil olmaqla, bu sistemlərin işə salınmasını dəstəkləmək üçün Nvidia mərhələli şəkildə OpenAI-yə 100 milyard dollara qədər investisiya yatıracaq.”

Şirkətin bildirdiyinə görə, layihə bir neçə mərhələdə həyata keçiriləcək, birinci fazanın icrasına isə 2026-cı ilin ikinci yarısında başlanacaq.

Xatırladaq ki, sentyabrın 10-da Wall Street Journal yazmışdı: OpenAI, süni intellektin inkişafı üçün Oracle şirkətinin hesablama güclərindən istifadə etmək barədə razılıq əldə edib. Jurnalistlərin məlumatına görə, sövdələşmənin məbləği 300 milyard dollar, müddəti isə beş il təşkil edir.

Nilay 

Oxşar Xəbərlər