DÜNYA ÖZ XƏBƏR

Tramp Qəzza müharibəsinin dərhal dayandırılmasına çağırdı

ABŞ prezidenti Donald Tramp Qəzzada müharibənin dərhal dayandırılması və girovların azad olunması ilə bağlı çağırış edib.

32gun.az xəbər verir ki, o BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Biz Qəzzadakı müharibəni dərhal dayandırmalıyıq. Buna son qoymalıyıq. Danışıqlara başlamalı, sülh əldə etməliyik. Girovlar azad olunmalıdır”, – deyə Tramp bildirib.

Bundan əvvəl Axios portalı yazmışdı ki, İsrailin baş naziri Benyamin Netanyahu fələstin torpaqlarının ilhaqı üçün Trampdan “yaşıl işıq” gözləyir.

Xatırladaq ki, İsrail ordusu 16 sentyabr tarixindən etibarən Qəzza zolağında quru əməliyyatlarını genişləndirməyə başlayıb.

Ayaz 

Oxşar Xəbərlər