DÜNYA ÖZ XƏBƏR

Yaşlı qadın terrorçular siyahısında - Hərbçilərin olduğu avtomobili partlatmağa cəhd edib / Rusiyada

 Zaporojye vilayətinin sakini, 1961-ci il təvəllüdlü Larisa Qavrilenko terrorçular və ekstremistlər siyahısına daxil edilib.

32gun.az xəbər verir ki, bu barədə "Rosfinmonitorinq" saytında məlumat yerləşdirilib.

İyunun 10-da Cənub Rayon Hərbi Məhkəməsi 64 yaşlı Qavrilenkonu terror təşkilatında iştirakda, terror aktı törətməyə cəhddə, dövlətə xəyanətdə və qanunsuz olaraq partlayıcı qurğu saxlamaqda təqsirli bilib .

Müəyyən edilib ki, qadın Ukrayna Təhlükəsizlik Xidmətinin yaratdığı terror qruplaşmasına qoşulub və rəhbərinin göstərişi ilə terror aktı törətmək məqsədilə 2 ədəd kustar üsulla hazırlanmış bomba alıb və evdə saxlayıb.

2023-cü ilin oktyabrında Qavrilenko Rusiya Müdafiə Nazirliyinin karvanında yük maşınının kabinəsinin altına partlayıcı qurğular yerləşdirib. Lakin o, FSB əməkdaşları tərəfindən saxlanıldığı üçün cinayət planını tam həyata keçirə bilməyib .

Məhkəmə Qavrilenkonu 16 il azadlıqdan məhrum etmə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 600 min rubl cərimə cəzasına məhkum edib.

Nilay

Oxşar Xəbərlər