Çexiyanın Brno şəhərində oğurluğa cəhd edən şəxs qaçarkən təsadüfən polis idarəsinin həyətinə düşüb.
32gun.az xəbər verir ki, bu barədə yerli Indnes nəşri məlumat yayıb.
Polisin açıqlamasına görə, 32 yaşlı kişi şəhərin Horni-Herşpise rayonunda fərdi evin həyətinə daxil olub və pəncərəni sındıraraq içəri girməyə cəhd edib. Hadisə yerinə dərhal polis patrulu gəlib və şübhəlini yaxınlıqda müəyyən edib. Onu saxlamaq istəyəndə, kişi müqavimət göstərərək qaçmağa çalışıb və hündür hasardan aşıb.
Lakin bu qərar onun üçün uğursuz olub – hasarın arxasında polis idarəsi yerləşirmiş. Qaçan şəxs tikanlı məftildə ilişib, ciddi xəsarətlər alıb. Hadisə yerində ona tibbi yardım göstərilib.
Şübhəliyə qarşı oğurluğa cəhd və qanunsuz mülkiyyətə daxil olma maddələri ilə ittiham irəli sürülüb.
Ayaz