ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı təşkilatı israfçılıqda günahlandırıb.
32gun.az xəbər verir ki, onun sözlərinə görə, BMT böyük miqdarda vəsaitləri səmərəsiz layihələrə xərcləyir və bu, real nəticə vermir.
Tramp illər əvvəl BMT binalar kompleksinin yenidən qurulması ilə bağlı keçirilmiş tenderi misal gətirib. O bildirib ki, həmin vaxt onun şirkəti bütün işləri 500 milyon dollara və zəmanətlə həyata keçirməyi təklif etmişdi. Lakin təşkilat başqa yolu seçib və nəticədə layihə həm baha başa gəlib, həm də keyfiyyətsiz olub.
“Onların nəticədə nəhəng artıq xərcləri yarandı və 2-dən 4 milyard dollara qədər pul xərclədilər. Layihə o qədər korrupsiyalaşmışdı ki, Konqres məni dəvət etdi vəsaitlərin israfı barədə ifadə verməyə”, – deyə Tramp əlavə edib.
ABŞ lideri vurğulayıb ki, BMT öz potensialını tam şəkildə həyata keçirməyə qadir deyil.
Ayaz