EKONOMİKS ÖZ XƏBƏR

“Tasty Meat House” MMC-yə vergi sanksiyaları tətbiq edilib

Operativ vergi nəzarəti nəticəsində “Tasty Meat House” Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə sanksiyaları tətbiq olunub.

32gun.az xəbər verir ki, Şirkətə aşağıdakı sanksiyalar tətbiq edilib:

Təsərrüfat subyekti vergi orqanlarında uçotda olmayan və ya obyektin sahəsi barədə təhrif olunmuş məlumat verməyə görə – 40 AZN;

Fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməməsi halları üzrə – 2.000 AZN.
Ümumi maliyyə sanksiyasının dəyəri 2.040 AZN təşkil edir. 

Qeyd edək ki, “Tasty Meat House” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Samir Babayev Baba oğludur.

Ayaz

Oxşar Xəbərlər