ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Rusiyanın kifayət qədər fəallıq göstərmədiyi üçün narazılıq hissi keçirir.
32gun.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.
Onun sözlərinə görə, Ağ Ev hər iki tərəflə “vicdanlı” danışıqlar aparıb.
“Prezident hazırda Rusiyaya qarşı böyük səbrsizlik nümayiş etdirir, çünki o düşünür ki, onlar müharibəni bitirmək üçün yetərli səy göstərmirlər”, – deyə Vens bildirib.
Vitse-prezident əlavə edib ki, Tramp davam edən münaqişəni həm Rusiya, həm ABŞ, həm də Ukrayna üçün zərərli hesab edir.
Ağ Evdə çıxışı zamanı Vens Rusiya Federasiyasını xəbərdar edərək bildirib ki, Moskva “vicdanlı” danışıqlardan imtina edəcəyi təqdirdə “çox pis” nəticələrlə üzləşə bilər. Onun sözlərinə görə, prezident Tramp açıq şəkildə vurğulayıb: söhbət mövqelərin dəyişməsindən yox, reallığın qəbul edilməsindən gedir.
Ayaz