DÜNYA ÖZ XƏBƏR

Soçidə çimərliklərə giriş məhdudlaşdırıldı – BƏK hücumu təhlükəsinə görə

 Soçi şəhər rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerlərdən (BƏK) istifadə etməklə hücum təhlükəsi səbəbindən çimərliklərə girişi məhdudlaşdırıb.

32gun.az xəbər verir ki, bu barədə şəhərin meri Andrey Proşunin Telegram kanalında məlumat verib.

“Hazırda Soçi və federal ‘Sirius’ ərazisində BƏK təhlükəsi aradan qaldırılıb, lakin sakinlərdən və qonaqlardan xahiş edirəm ki, sayıqlığı itirməsinlər və bu gün, həmçinin sabah günün birinci yarısında sahil zolağında olmasınlar”, – deyə o bildirib.

Məlumata görə, Soçi və “Sirius” ərazisində BƏK təhlükəsi saat 16:23 radələrində elan olunub.

Oxşar vəziyyət Krasnodar diyarının digər şəhəri – Novorossiyskdə də qeydə alınıb. Burada həm BƏK, həm də pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı təhlükə siqnalı verilib.

Xatırladaq ki, sentyabrın 24-də Novorossiysk Ukrayna PUA-larının hücumuna məruz qalmışdı. Regionun qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, zərbələrin hədəfi şəhərin mərkəzi hissəsi olub. Nəticədə beş nəfər xəsarət alıb, onlardan üçü sağ qalıb. Hücum zamanı beş yaşayış binası, bir otel və KTK ofisi zədələnib.

Ayaz 

Oxşar Xəbərlər