DÜNYA ÖZ XƏBƏR

Çilidəki Brüggen buzlağından böyük buz parçası qopdu

Çilinin cənubunda yerləşən Brüggen buzlaqından (Pio XI) nəhəng bir buz parçası ayrılaraq okeana düşüb.

32gun.az xəbər verir ki, hadisə yerindəki şahidlər tərəfindən çəkilən görüntülər ABC News tərəfindən yayımlanıb.

Brüggen buzlağı, İspan tədqiqatçıları tərəfindən Papa adına Pio XI kimi adlandırılıb və Cənubi Patagoniyanın buzlaq sahəsinin ən böyük qərb qolunu təşkil edir. Onun uzunluğu təxminən 66 km (41 mil) olub, Antarktida xaricində Cənubi yarımkürənin ən uzun buzlaqıdır.

Buzlaq son illər buz hərəkətinin dinamikası və ölçülərinin dəyişməsi ilə bağlı monitorinq olunur, bu da qlobal istiləşmə və iqlim dəyişikliyi ilə əlaqələndirilir.

11 sentyabr tarixində dünyanın ən böyük ayzberqı A23a-nın sahəsi daha 20% azalıb və ondan böyük bir buz parçası ayrılıb. Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, ayzberq hazırda Cənubi Corciya adasından 130 kilometr şimalda yerləşir. Alimlər buz parçasının şimal istiqamətində hərəkət etməyə davam edəcəyini, eyni zamanda külək və yerli axınların təsiri ilə parçalanacağını proqnozlaşdırırlar.

Ayaz 

Oxşar Xəbərlər