Yevpatoriyadakı məktəb düşərgəsinə yollanan 19 uşaqda virus infeksiyasının əlamətləri müşahidə olunduğu üçün onlar qatardan endirilib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Hadisə ilə bağlı sentyabrın 21-də bir qadın qubernatorun canlı efirinə müraciət edərək uşaqların yeməklərdən zəhərləndiyini ehtimal etdiyini deyib. O, qatarda təqdim olunan qidaların keyfiyyətindən narahatlığını bildirib.
Qladkov isə cavabında uşaqların qatardan endirilməsinin səbəbinin qida deyil, məhz virus xəstəliyi olduğunu vurğulayıb:
“Uşaqlar 17 deyil, 19 nəfər olub. Rəsmi tibbi rəylər mövcuddur və onların vəziyyəti qida ilə bağlı deyil, virus infeksiyası ilə əlaqədardır”, – deyə qubernator qeyd edib.
O əlavə edib ki, əlavə məlumat almaq üçün valideynlər məktəbə, Təhsil Nazirliyinə və ya bu məsələ ilə bağlı bütün sənədlərə malik olan müavini Andrey Milexinaya müraciət edə bilərlər.
Ayaz