Beynəlxalq Futbol Federasiyası (FİFA) Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İsrail komandalarının turnirlərdən kənarlaşdırılması ilə bağlı təşəbbüsünü dəstəkləmək ehtimalı azdır.
32gun.az xəbər verir ki, The Independent yazıb.
Buna səbəb FİFA prezidenti Canni İnfantino ilə ABŞ prezidenti Donald Trampın yaxşı münasibətləri, həmçinin 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək, maliyyə və logistika baxımından mürəkkəb olan futbol üzrə dünya çempionatında ABŞ-ın dəstəyinə ehtiyac olması göstərilir.
25 sentyabrda yayılan məlumata görə, UEFA İsrailin üzvlüyünün dayandırılması ilə bağlı səsverməyə hazırlaşır. İcraiyyə Komitəsinin 20 üzvünün əksəriyyətinin İsrail komandalarının bütün beynəlxalq turnirlərdən kənarlaşdırılmasına səs verəcəyi gözlənilir.
Bununla belə, 24 sentyabrda UEFA-nın 23-də keçirilən iclasında məsələ gündəlikdən çıxarıldı. Bu qərara İsrail Futbol Assosiasiyasına dəstək verən diplomatlar, futbol məmurları və adı açıqlanmayan bir sıra rəsmilər, həmçinin ABŞ rəsmilərinin təzyiqləri təsir edib. Onlar UEFA rəhbərliyindən “status-kvonu pozmamağı” tələb ediblər.
Xatırladaq ki, UEFA və FİFA 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan sonra Rusiya milli komandasını və klublarını turnirlərdən uzaqlaşdırmışdı.
Ayaz