DÜNYA ÖZ XƏBƏR

Saxta spirtli içkidən 12 nəfər ölüb - Leninqradda

Leninqrad vilayətində saxta spirtli içkidən zəhərlənmə nəticəsində ölənlərin sayı 12-yə çatıb.

32gun.az xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təxminən 10 il ərzində bir qrup şəxs ev şəraitində hazırladıqları spirtli içkiləri satışa çıxarıb. Yeddi il əvvəl isə həmin içkidən istifadə edən qadının ayaqları tutulub. O, sağ qurtarılsa da, satıcı zəhərlənmənin səbəbinin onun məhsulu olduğunu qəbul etməyib. İlkin versiyaya görə, samogon aparatında qulluq edilmədiyindən metanol yığılıb və o, şüşələrə düşüb.

Kütləvi zəhərlənmə Gosti̇nsi kəndində və Slansı şəhərində qeydə alınıb. Zəhərlənənlər arasında 79 yaşlı satıcının 75 yaşlı həyat yoldaşı da var. Kişi artıq polis tərəfindən saxlanılıb. Ölümcül içkinin satışında 60 yaşlı bir müəllimənin də adı hallanır və o da istintaq orqanları tərəfindən tutulub.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları içkinin kütləvi şəkildə satışa çıxarıldığını istisna etmir və qurbanların sayının arta biləcəyini bildirirlər.

Ayaz 

Oxşar Xəbərlər