Əgər Kiyevin gələcəkdə bu məsələyə qayıtmaq imkanı olmayacaqsa, ölkə yeni de-fakto sərhədlər barədə danışıqlara hazır ola bilər.
32gun.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib.
Məlumata görə, sentyabrın 23-də ABŞ lideri Donald Tramp Ukrayna prezidenti ilə görüşdən sonra Rusiyanı sərt tənqid edib və Kiyevi “hərəkətə keçməyə” çağırıb. Onun sözlərinə görə, Avropa İttifaqının dəstəyi ilə Ukrayna “öz ilkin ərazilərini qaytara bilər”. Tramp əlavə edib ki, bunu hərbi və iqtisadi vəziyyəti öyrəndikdən sonra anladığını bildirib.
Ayaz