Britaniya və ABŞ-ın iri şəhərləri siçovulların çoxalması ilə üzləşib.
32gun.az xəbər verir ki, BBC”nin məlumat yayıb.
Son iki ildə Böyük Britaniyada dezinfeksiya xidmətlərinə siçovullarla bağlı müraciətlərin sayı 20% artıb. Ölkədə siçovulların ümumi sayı müxtəlif hesablamalara görə 10 milyondan 120 milyona qədər dəyişir.
Oxşar vəziyyət ABŞ-da da müşahidə olunur. Vaşinqton, San-Fransisko və Nyu-York kimi şəhərlərdə siçovulların sürətlə artmasına sürətli qida istehlakının çoxluğu, zibilin vaxtında daşınmaması və kanalizasiya sisteminə təsir edən tikinti işləri səbəb göstərilir.
Mütəxəssislər həmçinin iqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsinin də siçovul populyasiyasının artmasına təsir edə biləcəyini bildirirlər. Nyu-York Səhiyyə Departamenti və Riçmond Universitetinin araşdırmalarına görə, son 17 ildə siçovulların sayı Vaşinqtonda 400%, San-Fransiskoda 300%, Nyu-Yorkda isə 160% artıb.
Eyni problem Toronto və Amsterdamda da müşahidə edilir.
Nilay