DÜNYA ÖZ XƏBƏR

Keçmiş vitse-qubernator saxlanılıb / Bu ölkədə

Sverdlovsk vilayətinin sabiq vitse-qubernatoru Oleg Çemezov dələduzluqda şübhəli bilinərək xəstəxanadan istintaq təcridxanasına köçürülüb.

32gun.az xəbər verir ki, bu barədə onun vəkili Mariya Kirilova “RIA Novosti”yə məlumat verib.

“Bəli, tibbi yardım göstərildikdən sonra onu təcridxanaya apardılar, o, hazırda şübhəli şəxsdir”, – deyə vəkil bildirib.

Çemezova qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (qrup halında və ya xüsusilə külli miqdarda dələduzluq, yaxud vətəndaşın yaşayış sahəsindən məhrum edilməsinə səbəb olan dələduzluq) üzrə cinayət işi açılıb.

29 sentyabrda Çemezov Yekaterinburqda saxlanılıb. İstintaqın versiyasına görə, o, “Oblkommunenergo” şirkəti ilə əlaqəli kommunal müəssisələrin şişirdilmiş tariflərinin razılaşdırılmasında iştirak edib. Lakin keçmiş məmur özünü təqsirli bilmir. Müdafiə tərəfi onun günahsız olduğunu bildirir və səhhətinə görə həbsdən azad edilməsini tələb edir.

Qeyd edək ki, saxlanıldıqdan az sonra Çemezovun vəziyyəti pisləşib və o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Ayaz 

Oxşar Xəbərlər