ABŞ Prezidenti Administrasiyası Qəzza sektorunda konfliktin həlli üçün 20 maddədən ibarət sülh planını açıqlayıb.
32gun.az xəbər verir ki, sənəd ABŞ administrasiyasının X sosial şəbəkəsi səhifəsində paylaşılıb.
Sənədə görə, Qəzza sakinlərinin zorla köçürülməsi nəzərdə tutulmur:
“Heç kəsi Qəzzanı tərk etməyə məcbur etməyəcəyik. Kimi getmək istəyirsə, sərbəst şəkildə gedə və geri qayıda biləcək. İnsanları qalmağa təşviq edəcək və Qəzzada daha yaxşı həyat qurmaq imkanı verəcəyik.”
Plana əsasən, İsrailin Qəzza sektorunu işğal etməsi və ya ilhaq etməsi nəzərdə tutulmur. Sənəddə qeyd olunur ki, nəzarət və stabillik bərpa olunduqca, İsrail Müdafiə Ordusu müəyyən edilmiş müddətlər çərçivəsində əsgərlərini çıxarmalıdır. Həmçinin ABŞ müvəqqəti beynəlxalq qüvvələrin yaradılmasını təklif edir ki, bu da Qəzza sektorunda vəziyyətin stabilləşdirilməsinə xidmət edəcək.
25 sentyabr tarixində Financial Times qəzeti xəbər verib ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşdə yeni sülh planını təqdim edib.
Qəzetə danışan mənbə bildirib ki, planın əsas ideyası Qəzzaya ərəb və müsəlman ölkələrindən hərbi kontingent göndərməkdir. Trampın fikrincə, bu addım konflikt başa çatdıqdan sonra sektorda vəziyyətin stabilləşdirilməsinə xidmət edəcək. Plana daxil olan digər mühüm maddə isə İsrail tərəfindən saxlanılan bütün girovların azad edilməsidir.
Ayaz