Qəzza sektorunda konfliktin həlli Yaxın Şərqdə daha geniş sülh prosesinin tərkib hissəsi olacaq və bu proses “əbədi davam etməlidir”.
32gun.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında deyib:
“Bu, sülh üçün tarixi gündür… gəlin bunu Yaxın Şərqdə əbədi sülh adlandıraq.”
25 sentyabr tarixində Financial Times qəzeti xəbər verib ki, Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşdə Qəzza üçün yeni sülh planını təqdim edib.
Qəzetə danışan mənbə bildirib ki, planın əsas ideyası Qəzzaya ərəb və müsəlman ölkələrinin hərbi kontingentinin göndərilməsidir. Trampın fikrincə, bu addım konflikt başa çatdıqdan sonra sektorda vəziyyətin stabilləşdirilməsinə xidmət edəcək.
Plana daxil olan digər mühüm maddə isə İsrail tərəfindən saxlanılan bütün girovların azad edilməsidir.
Nilay