69 yaşında rus yazıçısı Aleksandr Buşkov dünyasını dəyişib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbəri onun tanışı Yelena Kuleşova sosial şəbəkələrdə yayıb.
“Deyirlər, ürəyi dözmədi. Mən isə onun “Ritsarlar sikli”, “Anastasiya” və “Piranhalar” əsərlərini oxuyarkən yaşadığım o titrəyən hissləri hələ də xatırlayıram. Buşkov olmasa, gəncliyim belə sehrli olmazdı,” – deyə Kuleşova yazıb.
O, gərgin süjetli detektiv, aksiya, elmi fantastika, alternativ tarix, qorxu və fantaziya janrlarında əsərlər yaratmışdı.
Yazıçı 2025-ci ilin sentyabr ayının ortasından pnevmoniya səbəbindən xəstəxanada müalicə alırdı.
Buşkov yazıçı karyerasına “Molodaya Qvardiya” redaksiyasında, Vladimir Şçerbakovun rəhbərliyi altında başlayıb və İvan Yefremov məktəbinə aid olub. O, Rusiya Yazıçılar İttifaqının üzvü və 2021-ci ildə İ. A. Yefremov adına ədəbiyyat mükafatının əsas laureatı olub.
Yazıçının ilk hekayəsi “Varyaglar dəvət olmadan” 1981-ci ildə “Literaturnaya Uçeba” jurnalında dərc olunub, ilk kitabı isə 1986-cı ildə Krasnoyarsk kitab nəşriyyatında işıq üzü görüb.
Buşkov həmçinin polyak fantastlarının hekayələrinin, o cümlədən Andrzej Sapkowski-nin “The Witcher” hekayələrinin ilk rus dilinə tərcümələrini, həmçinin Robert Howard-ın əsərlərini tərcümə edib.
O, 1990-cı illərin ortalarında “Stanislav Svaroq” haqqında fantastik diologiya – “Heçdən gələn ritsar” və “Uçan adalar” əsərləri ilə bütün Rusiya miqyasında məşhurlaşmışdı. Digər tanınmış əsərləri arasında “Piranha ovçuluğu” və “Qəribə sahillər” var.
Yazıçının əsərlərinin ümumi tirajı 17 milyondan çox nüsxəni ötür.
Nilay