İDMAN

Nazirliyin yeni loqosu müzakirə olundu - RƏSMİ AÇIQLAMA/FOTO

Gənclər və İdman Nazirliyinin yeni loqosu sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Ölkə.Az xəbər verir ki, 100-dək variant arasından seçilən loqonun dizaynı birmənalı qarşılanmayıb. Nazirliyin yeni loqosunu bəyənənlər olsa da, yaradıcı olmadığını deyərək tənqidi yanaşanlar da var.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib ki, loqonu münsiflər heyəti seçib:

"Həmin loqo münasiflər heyətinin qərarına əsasən seçilib. Bu, daha çox bəyənilib. Yeni loqo Azərbaycanın və Nazirliyin adını yaxşı ifadə etdiyi üçün daha uyğundur. Loqo ilə bağlı bizə çoxsaylı müarciətlər olub. Bir-iki detal sual var ki, bununla bağlı da daha geniş açıqlama veriləcək. Suallarla bağlı müəlliflə danışıram".

Nazirlik rəsmisi yeni loqo üçün nə qədər vəsaitin xərclənməsi ilə bağlı suala isə belə cavab verib:
"Xərclərlə bağlı məndə də məlumat yoxdur. Əsas loqonun maliyyə tərəfi deyil, nəyi ifadə etməsi və niyə seçilməsidir. Qalibə nə qədər mükafat veriləcəyi barədə məlumatım yoxdur"- o bildirib.

Oxşar Xəbərlər