Odessa vilayətində güclü leysan yağışları səbəbindən təxminən 24 min sakin elektrik enerjisiz qalıb.
32gun.az xəbər verir ki, bu barədə vilayətin administrasiyasının rəhbəri Oleg Kiper Telegram kanalında məlumat verib.
O bildirib ki, "müvəqqəti olaraq işıqsız qalan 23,7 min abonent var. Ən çətin vəziyyət Odessa şəhəri və Odessa rayonunda müşahidə olunur".
Rəsmi açıqlamaya görə, vilayətdə ümumilikdə 131 yaşayış məntəqəsində elektrik enerjisi yoxdur.
Sentyabrın 30-na keçən gecə Odessa vilayətini güclü leysan yağışları bürüyüb. Şəhər meri Gennadiy Truhanov bildirib ki, administrativ mərkəzdə 24 saat ərzində düşən yağış miqdarı bir buçuk aylıq norma ilə bərabər olub.
Ayaz