DÜNYA ÖZ XƏBƏR

Son 24 saatda Rusiya ordusu 920 əsgərini itirdi! ŞOK RƏQƏM

Son 24 saat ərzində, sentyabrın 30-dan oktyabrın 1-dək, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiyanın silahlı qüvvələri cəbhədə 920 əsgər itirib. Eyni dövrdə 13 artilleriya sistemi və 249 pilotsuz uçan aparat (PUA) məhv edilib.

32gun.az xəbər verir ki, məlumat “RBC-Ukrayna”ya istinadən yayımlanıb. Sentyabrın 30-u axşam saatlarına qədər 137 döyüş toqquşması qeydə alınıb. Rusiya ordusu demək olar ki, bütün istiqamətlərdə hücuma keçsə də, ən intensiv döyüşlər Pokrovski istiqamətində 42 hücumla baş verib.

Baş Qərargah bildirir ki, Rusiya qoşunları Vladimirovka, Nikanorovka, Rodinskoye, Krasnıy Liman, Novoekonomiçnoe, Mirolyubovka, Luç, Lisovka, Pokrovsk, Zverevo, Kotlino, Udaçnoye, Molodetskoye, Orexovoye və Filial yaşayış məntəqələrinə hücumlar həyata keçirib.

Ayaz 

Oxşar Xəbərlər