İDMAN

Mübariz Mənsimov bu məşhur şəxsin adını daşıyır (FOTO)

Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycanın məşhur futbolçularından olmuş mərhum Mübariz Zeynalovun adını daşıyırmış.

32gun.az-ın məlumatına gör,  iş adamının atası Qurban Mənsimov o dövrdə flaqmanda adı tez-tez çəkilən Mübariz Zeynalovun adını eşitdikdən sonra oğluna bu ad verəcəyini deyib.

Xatırladaq ki, Mübariz Zeynalov 15-16 yaşlarında ikən qonşuluğunda yaşayan Ağa Abbasovun təklifi ilə onun oynadığı "Alüminium Zavodu" komandasında meydana çıxıb. Bir müddət orada oynadıqdan sonra onu 17 yaşında ikən "Dinamo" (Kirovabad) komandasının hazırlıq qrupuna dəvət edilib və bir il də orada oynayıb. 1964-cü ildə komandanın əsas heyətinə qəbul edilib. 1965-ci ildə "Dinamo" "Klas B"-də çempion olaraq "A qrupu"na vəsiqə qazanır və Mübariz Zeynalov da SSRİ İdman Ustası adını qazanıb. 

1966-cı ildən "Neftçi"nin heyətində çıxış edib. 1968-ci ildə dizindən ciddi zədə alır və Moskvada əməliyyat olunub və bu səbəbdən də 1 il oynamayıb. 1969-cu il mövsümünün yarısından yenidən oynamağa başlayıb. Ümumilikdə isə  "Neftçi"də 130-a yaxın görüş keçirib.
O dövrdə qəzetlərdən birində dərc olunmuş məqalədə İngiltərə yığma komandasının oyunçusu Bolun şərəfinə Mübariz Zeynalov haqqında "Azərbaycanın Bolu” deyə, yazı yer almışdı.
1992-1993-cü illərdə Ruslan Abdullayev və Ağasəlim Mircavadovla birlikdə Azərbaycan milli futbol komandasında məşqçi, 1993-cü ildə "Kəpəz"də baş məşqçi kimi fəaliyyət göstərib.

Uzun bir müddət futboldan kənar qaldıqdan sonra, 2010-cu ildən AFFA-da seleksiyaçı-məşqçi kimi çalışıb.

Ömrünün sonunda – 31 mart 2015-ci ildən "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü olub.

Nilufər

Oxşar Xəbərlər