Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev Xanti-Mansiysk Muxtar Dairəsində (XMAO) məktəblərdə niqab və hicabların geyilməsinə qoyulan qadağanı xatırladaraq bu qərarın qanuni və əsaslı olduğunu bildirib.
32gun.az bildirir ki, Deputat özünün Telegram kanalında qeyd edib:
“Qərar tamamilə qanuni və əsaslıdır. Dünyəvi ümumtəhsil məktəbi dini nümayişlər üçün yer deyil. Kim çox dindardırsa, dini təhsil müəssisələrinə gedə və ya evdə təhsil ala bilər”.
3 oktyabrda regionun Təhsil və Elm Departamenti açıqlama yayaraq bildirib ki, valideyn komitələrinin və ictimaiyyətin rəyini nəzərə alaraq dairədəki bütün 303 məktəb hər cür baş örtüyünü, o cümlədən niqab və hicabı, dini mənsubiyyətindən asılı olmayaraq, qadağan edib.
Qeyd olunur ki, qadağa məktəb daxilində bütün baş geyimlərinə — yaylıqlar, tütpəylər və şlyapalar da daxil olmaqla — eyni şəkildə şamil edilir.
Ayaz