İstanbulun mərkəzində tanınmış türk vəkili Sərdar Oktəmə silahlı hücum edilib.
Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə polisi məlumat yayıb.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Sərdar Oktəmi xilas etmək mümkün olmayıb.
Polisin açıqlamasında qeyd olunur:
“Hadisə ilə əlaqədar 5 şübhəli şəxsin saxlanılması təmin edilib.”
Türkiyənin AHaber telekanalının məlumatına görə, vəkil əvvəllər yerli cinayətkar qruplaşmalardan hədələr alırmış. İstanbul valisi Davut Gül onun mühafizəyə götürülməsi barədə göstəriş versə də, hücumun qarşısını almaq mümkün olmayıb.
Ayaz