Kazan şəhərində küçədə insanlara atəş açan şəxs polis tərəfindən saxlanılıb.
32gun.az bildirir ki, hadisə barədə Kazanfirst nəşri regionun Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, insident şəhərin Bauman küçəsində baş verib. Şahidlərin sözlərinə görə, 23 yaşlı Kazan sakini tanımadığı iki nəfərə atəş açıb. Hadisə zamanı o, sərxoş vəziyyətdə olub.
Polisin operativ tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb. Ondan tapança götürülüb. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün şəraitini araşdırır.
Ayaz