ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında çoxlu oxşarlıqların olduğunu bildirib.
32gun.az xəbər verir ki, O, iki ölkə arasındakı münaqişəni dayandırmağı “özü üçün şərəf” saydığını deyib.
“Ukrayna münaqişəsini bitirmək mənim üçün böyük şərəf olacaq. Rus və ukrayna xalqları, açıq şəkildə, bir-biri ilə çox ümumi cəhətə malikdir. Bu münaqişəni sonlandırmaq mənim üçün böyük şərəf olardı,” – deyə Tramp Ağ Evdə Vladimir Zelenski ilə görüşdə bildirib.
Tramp həmçinin Ukrayna münaqişəsinin oktyabrın sonunadək həll edilə biləcəyini istisna etməyib.
O vurğulayıb ki, uzunmüddətli sülhün əldə olunması üçün tərəflərin “bir qədər anlaşması” vacibdir.
Ayaz