DÜNYA ÖZ XƏBƏR

Ralli sürücüsü Mərakeş rallisinin final mərhələsində faciəvi şəkildə öldü

Portuqaliyalı ralli sürücüsü Jorje Brandau Mərakeş Rallisinin son mərhələsində baş verən qəza nəticəsində həyatını itirib.

32gun.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Məlumata görə, idmançı yarışın 214-cü kilometrində qum təpələrində yıxılıb. O, helikopterlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, oktyabrın 12-də Polşalı pilot Artur Senkovski də ölkə çempionatının Nısa şəhərində keçirilən mərhələsində baş verən qəza nəticəsində həlak olub.

Senkovskinin idarə etdiyi avtomobil böyük sürətlə ağaca çırpılıb və dərhal alışıb. Hadisə şahidlərinin göstərdiyi yardıma baxmayaraq, 40 yaşlı idmançı hadisə yerində dünyasını dəyişib. Onun köməkçisi isə xəsarətlərlə xəstəxanaya aparılıb. Bu hadisə yarış zamanı baş verən ikinci ağır qəza olub.
Ayaz 

Oxşar Xəbərlər