Leningrad vilayətində Sankt-Peterburq Dövlət Universitetinin xarici tələbəsi ona qohum olan bir şəxs tərəfindən zorakılığa məruz qalıb.
32gun.az xəbər verir ki, hadisə barədə məlumatı “Mash na Moyke” teleqram kanalı yayıb.
Məlumata görə, qız həmin şəxslə toy mərasimində tanış olub. Daha sonra o, tələbə ilə əlaqə saxlayaraq evindəki işlərdə kömək etməsini xahiş edib. Tələbə dostu ilə getməyi planlaşdırsa da, dostu xəstələndiyi üçün tək gedib.
Evdə kişidən gələn təklif və davranışlar tezliklə aqressiyaya çevrilib və o, gənc qadına qarşı təcavüz edib. Zərərçəkən daha sonra hadisə yerindən qaçaraq yaxınlarının yanına gedib və onların köməyi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda şübhəli şəxs barəsində axtarış elan olunub, hadisə ilə bağlı istintaq aparılır.
Ayaz