DÜNYA ÖZ XƏBƏR

Telefon cibdə partladı — gənc xəstəxanaya yerləşdirildi

Rusiyanın Lipetsk şəhərində 22 yaşlı gənc telefonunun arxa cibində partlaması nəticəsində xəstəxanaya yerləşdirilib.

32gun.az xəbər verir ki, bu barədə Gorod48.ru xəbər verir.

Məlumata görə, gənc telefonu arxa cibində gəzdirərkən cihaz qəfil partlayıb. Hadisədən sonra o, xəstəxananın yanıq şöbəsinə çatdırılıb.

Həkimlər onun sağrı və qasıq nahiyəsində III və IV dərəcəli yanıq xəsarətləri aşkar ediblər.

Mütəxəssislərin bildirdiyinə görə, belə hallar çox nadir baş verir. Telefon partlayışları adətən batareyanın zədələnməsi, orijinal olmayan enerji adapterlərindən istifadə və ya cihazın həddindən artıq qızması ilə əlaqədar olur.

Ayaz 

Oxşar Xəbərlər