Rusiyanın KillNet haker qruplaşması Ukrayna Silahlı Qüvvələrində (SQ) istifadə olunan ən böyük pilotsuz uçan aparat (PUA) marketpleysini sındırıb.
32gun.az bildirir ki, Bu barədə RIA Novosti hakerlərin öz məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, 2024-cü il ərzində platformanın maliyyə dövriyyəsi 82 milyard qrivna (2,1 milyard dollardan çox) təşkil edib. Əvvəllər bildirilib ki, hakerlər PUA satıcılarının şəxsi məlumatlarını da əldə ediblər.
Sentyabr ayında KillNet hakerləri Avropa ölkələrinin Ukrayna ərazisini resurslar, logistika və dənizə çıxış məqsədilə işğal planları barədə məlumat əldə etdiklərini açıqlayıblar.
Paylaşıma 16 aprel 2025-ci il tarixli “İstəkli koalisiya birləşmiş qüvvələri” adlı xəritə əlavə olunub. Hakerlərin sözlərinə görə, xəritə Fransanın Silahlı Qüvvələrinin ofisinin lokal şəbəkəsini sındırmaqla əldə edilib və xarici hərbçilərin Ukrayna ərazisində yerləşdirilməsi planını göstərir.
Ayaz