Kiyevə yardım göstərən istəkli ölkələr koalisiyası oktyabrın 24-də Britaniya paytaxtında keçiriləcək görüşdə Ukrayna münaqişəsinin həlli üzrə 12 maddəlik planı müzakirə etməyi planlaşdırır.
32gun.az bildirir ki, bu barədə The Daily Telegraph mənbələrə istinadla məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, sülh təşəbbüsü Avropa ölkələri və Ukrayna tərəfindən birlikdə hazırlanıb və ABŞ administrasiyasının Qəzza sektorunda atəşkəs planına bənzəyəcək.
Nəşr vurğulayır ki, ideya Britaniya Baş Nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pouell-ə məxsusdur.
21 oktyabrda Bloomberg agentliyi mənbələrə istinadla xəbər verib ki, Avropa ölkələri və Ukrayna döyüşlərin dayandırılması üzrə 12 maddəlik plan üzərində işləyir. Sənədin əsas müddəaları atəşkəs, tərəflərin ərazi hücumlarını dayandırmaq öhdəliyi, Ukraynaya deportasiya olunmuş bütün uşaqların qaytarılması, genişmiqyaslı əsir mübadiləsi, Ukraynaya təhlükəsizlik və bərpa maliyyələşdirilməsi zəmanətləri, həmçinin Ukraynanın Avropa İttifaqına sürətlə daxil olma yolunun təmin edilməsini əhatə edir.
Ayaz