İDMAN

"Atletik" - "Qarabağ" oyununda birinci hissə başa çatıb - YENİLƏNİR

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"32gun.az" xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

XXX

21:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.

"32gun.az" xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda qonaqlar "status-kvo"nu bərpa edib - 1:1.

40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.

XXX

20:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IIII turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab açılıb.

"32gun.az" xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.

1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

XXX

20:45

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

"32gun.az" xəbər verir ki, matç "San Mames" stadionunda keçirilir.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

Oxşar Xəbərlər