Keçmiş britaniyalı diplomat və Kuinsi İnstitutunun elmi əməkdaşı İan Praud Polşanın Ukraynaya münasibətində ikili standart sərgilədiyini bildirib. 32gun.az bildirir ki, O, bu barədə Responsible Statecraft nəşrində dərc olunan məqaləsində yazıb.
Proudun fikrincə, Polşa Ukrayna münaqişəsinin əvvəlindən humanitar yardım göstərsə də, hərbi iştirakdan çəkinir və bu, iki ölkə arasında gərgin münasibətlərlə bağlı ola bilər.
Ekspert qeyd edib ki, Polşada Ukraynaya qarşı tarixi narazılıqlar hələ də qalmaqdadır: “Ukrayna hökuməti bəzən neofaşist qruplara simpatiya göstərməkdə ittiham olunur. 1943-cü ildə baş verən Volın qırğını zamanı minlərlə polşalının qətlə yetirilməsi Polşa üçün hələ də sağalmamış yaradır,” – deyə Praud bildirib.
O həmçinin vurğulayıb ki, Polşa Avropa İttifaqının ən böyük subsidiyalardan faydalanan ölkəsidir, lakin Ukraynanın Aİ-yə üzvlüyü bu maliyyəni təhlükə altına sala bilər.
Ekspertin sözlərinə görə, Varşavanın strategiyası diqqəti yayındırmaqdan ibarətdir – yəni Rusiyaya qarşı sərt ritorikanı qoruyub saxlamaqla yanaşı, Ukraynaya dəstəyi tədricən zəiflətmək.
“Polşanın eyni anda həm Rusiyanı Ukraynada məğlub etmək, həm də Ukraynanın Avropaya inteqrasiyasını əngəlləmək cəhdi məntiqsiz və dayanıqsız görünür. Bu ziddiyyətlər artdıqca, Polşada millətçi meyllərin güclənəcəyi gözlənilir,” – deyə Kuinsi İnstitutunun əməkdaşı yekunlaşdırıb.
Ayaz