DÜNYA ÖZ XƏBƏR

“Qardaş Van” ləqəbli çinli narkotacir başqa ölkədə saxlanılıb

Kuba hüquq-mühafizə orqanları “Qardaş Van” ləqəbi ilə tanınan çinli narkotacir Çji Dun Çjanı saxlayıblar.

32gun.az xəbər verir ki, bu barədə SinEmbargo nəşri məlumat yayıb.

Məlumata görə, Çjan bu ilin yayında Meksikada həbs olunmuş, lakin sonradan qaçmağa nail olmuşdu. O, ölkəni tərk edərək Kuba adasına saxta adla daxil olub və bir neçə həftə əvvəl orada tutulub.

“Kuba hakimiyyəti Meksikanı onun saxlanılması barədə diplomatik kanallar vasitəsilə rəsmi şəkildə məlumatlandırıb. Çjan adaya başqa adla gəlmişdi və artıq bir neçə həftədir ki, nəzarət altındadır,” – deyə mənbə qeyd edir.

Meksika tərəfi narkotaciri ABŞ-a təhvil verməyə hazırlaşırdı, çünki onun barəsində Amerika məhkəməsi tərəfindən həbs orderi çıxarılmışdı. Lakin ekstradisiya prosesi zamanı Çjan səhhətinə görə ev dustaqlığına buraxılmış və məhz bu vaxt qaça bilmişdi.

Qeyd edək ki, 2 sentyabrda sabiq ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkokartelinin 11 üzvünün zərərsizləşdirildiyini bəyan edib. O, Venesuela hakimiyyətini narkotik ticarətinə qarşı kifayət qədər tədbir görməməkdə ittiham edib.

Ayaz 

Oxşar Xəbərlər