Bratişlavada, "Drujba" boru kəməri vasitəsilə gələn Rusiya neftini emal edən neft emalı zavodunda yanğın başlayıb.
32gun.az bildirir ki, Hadisə barədə CZNews.info məlumat verib.
Yanğının səbəbi hələ açıqlanmır. Zavod Macarıstanın MOL Group şirkətinə məxsusdur və Slovnaft Plc tərəfindən idarə olunur. Zavodun gündəlik emal gücü 124 min barrel neft təşkil edir və Avropanın ən mürəkkəb neft emalı müəssisələrindən biridir. Onun neft-kimya bölməsi Slovnaft Petrochemicals (SPC) MOL şirkətinin emal sektoru ilə inteqrasiya olunub.
Son günlərdə Macarıstanda və Romaniyada Rusiya neftini emal edən zavodlarda partlayışlar baş verib. MOL şirkəti qeyd edib ki, Bratişlava yaxınlığındakı Sazxalombatta şəhərindəki yanğın heç bir xarici səbəblə bağlı deyil və Romaniyadakı partlayışla əlaqəsi yoxdur.
Ayaz