Beynəlxalq tədqiqat göstərib ki, sevimli melodiyanı dinləmək qısa fasilə zamanı zehni yorğunluğu azaltmağa effektivdir.
32gun.az xəbər verir ki, Tədqiqat Applied Psychophysiology and Biofeedback jurnalında dərc edilib.
Professor Czin Lü rəhbərliyindəki psixoloqlar 30 tələbə üzərində musiqinin beyin fəaliyyətinə təsirini araşdırıblar. Tələbələr əvvəl 30 dəqiqəlik Stroop testini həll edərək yüksək konsentrasiya tələb edən tapşırıqla məşğul olublar. Sonra bir qrup 20 dəqiqə sakit Çin instrumental musiqisi dinləyib, digərləri isə sakitcə oturub.
Musiqi dinləyən qrup daha az yorğunluq hiss etdiyini bildirib və EEG göstəricilərinə görə onların beynində alfa ritmi bərpa olunub, yavaş dalğaların gücü (delta, teta, alfa) isə azalıb. Sakitcə oturan qrupda isə dəyişiklik olmayıb.
Tədqiqatçılar qeyd ediblər ki, musiqi beyni yorğun vəziyyətdən aktiv vəziyyətə keçirir, emosional fonu tənzimləyir və kognitiv proseslərin bərpasına kömək edir.
Nilay